Azərbaycan prezidenti Meksika Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul edib - FOTO

Azərbaycan prezidenti Meksika Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədrini qəbul edib - <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 16:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 8-də Meksika Birləşmiş Ştatları Konqresi Deputatlar Palatasının beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledonu qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Meksika arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Son illərdə əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edən prezident ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirin. Dövlət başçısı Azərbaycanla Meksika arasında iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmini vurğulayıb.

Öz növbəsində, P. Munyoz Ledo Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR