Qəbələ IV Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qəbələ IV Beynəlxalq Musiqi Festivalı başa çatıb
# 05 avqust 2012 21:11 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı avqustun 5-də başa çatıb.

APA-nın məlumatına görə, festivalın yekun konserti dünya şöhrətli London Royal Filarmonik Orkestrin iştirakı ilə baş tutub. İki dəfə “Qremmi” və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi orkestri pianoda Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, “Şöhrət” ordenli Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Filarmoniyasının rektoru, xalq artisti Murad Adıgözəlzadə, violonçeldə Dmitri Yablonski, saksofonda Teymur Süleymanbəyli, klarnetdə Xalq artisti Şükür Səmədov müşaiyyət edib.

Konsertdə ABŞ bəstəkarları Leonard Bernstaynın “Kandid” operasında uvertüra və Corc Gerşvinin “Blüz üslubunda rapsodiya”, “Porqi və Bess” operasından “Yay vaxtı” ifa edilib.

Festivalın başa çatması münasibətilə keçirilən son konsertdə isə istedadlı caz pianoçu, Prezident təqaüdçüsü İsfar Sarabskinin ifası dinlənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR