Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 24 avqust 2012 08:24 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Niyaməddin Musayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yoldan keçən Könül Məmişova və onun oğlu 2004-cü ilə təvəllüdlü Davud Məmişovu vurub. Nəticədə K. Məmişova ölüb, D. Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR