Bakı-Riqa marşrutu ilə aviareyslərə başlanılıb

Bakı-Riqa marşrutu ilə aviareyslərə başlanılıb
# 17 may 2012 06:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Latviyanın «AirBaltic» aviaşirkəti Riqa-Bakı-Riqa marşrutu üzrə birbaşa aviareysləri bərpa edib. Bu barədə «APA-Economics»ə «AirBaltic» şirkətinin Bakıdakı ofisindən bildirilib.

«AirBaltic»dən verilən məlumata görə, Bakıdan Riqaya uçuşlar hər həftənin I və IV günləri saat 07:20-də «Boeing-737» tipli təyyarə ilə yerinə yetiriləcək: «Mövsümi xarakter daşıyan bu aviareys cari ilin sentyabrın əvvəlinədək, daha dəqiq desək sentyabrın 6-dək həyata keçiriləcək».

Qeyd edək ki, Bakı-Riqa-Bakı aviareysinə bir biletin minimal qiyməti 275 manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR