Akademik Milli Dram Teatrında «Gəncə qapıları» tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrında «Gəncə qapıları» tamaşasının premyerası keçirilib
# 25 iyun 2012 09:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan «Gəncə qapıları» tamaşasının premyerası keçirilib. APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sergey Skomoroxov, bəstəkarı Rüfət Xəlilov, rejissor assistentləri Rəfiqə Musayeva və Ceyran Həsənovadır.
Tamaşada Gəncə xanı Cavad xanın obrazını əməkdar artist Kazım Abdullayev canlandırır. Digər rollarda xalq artistləri Hacı İsmayılov (Məhəmməd xan), Rafiq Əzimov (Hacı Məlik), əməkdar artistlər Mətanət Atakişiyeva (Şükufə xanım), Elxan Quliyev (Vəli xan), Əli Nur (Georgi), Vəfa Rzayeva (Nona), Abbas Qəhrəmanov (Sisyanov), Pərviz Bağırov (I Knyaz), Mirzə Ağabəyli (II Knyaz), Tofiq Hüseynov (Keşiş), Kazım Həsənquliyev (Əhməd), Əsgər Məmmədoğlu (Loriz), aktyorlar Şəhla İsmayılova (Mələknisə), Rada Nəsibova (Astagül), Elnar Qarayev (Portnyakin), Elçin Əhmədov (Eşikağası Yavər) və Mirsənan Kazımlı (Sərdar) çıxış edirlər.

Tamaşanın növbəti premyerası iyunun 29-da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR