İqbal Ağazadənin YAP rəhbərliyinə verdiyi sözə əməl etmədiyi üzə çıxıb

İqbal Ağazadənin YAP rəhbərliyinə verdiyi sözə əməl etmədiyi üzə çıxıb
# 18 sentyabr 2012 15:38 (UTC +04:00)
Həmçinin, partiyamızın açıqlaması oldu. Sonra da digər siyasi partiyalarla birgə kollektiv fikri ifadə edən, ümummilli maraqları özündə birləşdirən sənəd hazırlayaraq Avropa Parlamentinə göndərmək təşəbbüsü ilə çıxış etdik. Bununla bağlı öncə parlamentdə təmsil olunan partiyaların rəhbərləri ilə danışıq apardıq. YAP-la birgə 11 partiya olaraq razılaşdıq ki, belə bir sənəd hazırlansın və Avropa parlamentinə göndərilsin. Eyni zamanda, parlamentdən kənarda olan partiyalarla da danışdıq, layihəni onlara göndərdik. Onlar da ümumi qaydada razılaşdılar, nümayəndələrini göndərdilər. Parlamentdəki partiyalardan təkcə Ümid Partiyasının nümayəndəsi gəlmədi. Partiyanın sədri İqbal Ağazadə mənə bildirdi ki, onlar “Qarabağ” bloku çərçivəsində Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar sənəd qəbul edəcəklər. Ona görə də bir işi iki dəfə görmək istəmirlər. Dəvət etdiyimiz partiyalardan yalnız Ümid Partiyası toplantıya qatılmadı”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, YAP-da keçirilən tədbir zamanı Avropa Parlamentinə göndəriləcək sənədlə bağlı səsləndirilən təkliflərin böyük əksəriyyəti nəzərə alınaraq layihədə dəyişiklik edilib.

“Qarabağ” blokunda təmsil olunan partiyalardan ADP-nin YAP-ın təşəbbüsçüsü olduğu sənədə qoşulması fonunda Ümid Partiyasının qoşulmamasına M. Qurbanlının münasibəti isə belə olub: “Biz sənəd layihəsini hamıya göndərdik. İstəyənlər qoşuldu. Qoşulmayanla bağlı heç nə deyə bilmərik”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin APA-ya açıqlamasından isə məlum olub ki, təsisçisi olduğu “Qarabağ” bloku Ramil Səfərov məsələsi ilə bağlı Avropa Parlamentinə heç bir məktub göndərməyib: “Yalnız ASALA-nın Azərbaycana qarşı terror təhdidləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəyik. Ramil Səfərov bizim üçün artıq tarixdir, bu məsələ bitib. Kimsə bundan təəssüf hissi keçirə bilər, kimsə sevinə bilər. Biz hər kəsin mövqeyinə hörmətlə yanaşırıq. Baş vermiş hadisəni geri fırladıb onun üzərində siyasət qurulmasının əleyhinəyik”.

“Qarabağ” blokunun digər təsisçisi ADP sədri Sərdar Cəlaloğlu isə APA-ya açıqlamasında YAP-ın tədbirində iştirakla bağlı Ümid Partiyası ilə məsləhətləşmədiyini söyləyib: “Bizim ağlımıza gəlmədi ki, həmin tədbirə Ümid Partiyası dəvət olunmayıb, dəvət olunubsa, gələcək yoxsa yox... Yəni, detallara varmadıq, bu barədə düşünmədik. Amma yəqin ki, biz bu məsələdə bir-birimizlə əlaqəli fəaliyyət göstərməli idik, məsləhətləşmə olmalı idi. Məncə bu, “Qarabağ” bloku daxilində baş vermiş bir anlaşılmazlıq olub. Amma məncə İqbal bəyin də mövqeyi bu məsələdə bizim mövqeyimizdən kəskin fərqlənmir”.

Yeri gəlmişkən, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı isə APA-ya açıqlamasında YAP-ın tədbiri keçirilən gün ölkədə olmadığından, həmin tədbirdə iştirak etməyib: “Amma biz təbii ki, həmin sənədə qoşulmuşuq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR