Yuliya Timoşenkonun kasasiya şikayəti rədd edilib

Yuliya Timoşenkonun kasasiya şikayəti rədd edilib
# 29 avqust 2012 12:23 (UTC +04:00)
Bakı – APA. Ukraynanın mülki və cinayət işləri üzrə ixtisaslaşmış ali məhkəməsi Yuliya Timoşenkonun vəkillərinin kasasiya şikayətini rədd edib və sabiq baş nazir haqqında məhkəmə qərarını qüvvədə saxlayıb. Zalda olan müxalifətçi deputatlar qərarı etirazla qarşılayıblar və “Pozor!” deyə qışqırıblar.

Xatırladaq ki, Kiyevin Peçora Rayon Məhkəməsi 2011-ci ildə Y. Timoşenkonu Rusiya ilə qaz müqaviləsi imzalayarkən səlahiyyət həddini aşmaqda günahkar bilərək onu 7 il müddətinə azadlıqdan məhrum edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR