Barselonada yük maşını turistləri daşıyan tramvaya çırpılıb, 15 nəfər xəsarət alıb

Barselonada yük maşını turistləri daşıyan tramvaya çırpılıb, 15 nəfər xəsarət alıb
# 22 avqust 2012 18:28 (UTC +04:00)
Bakı-APA. Barselonada yük maşınının turistləri daşıyan tramvay ilə toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.
APA-nın verdiyi xəbərə görə, həkimlər hadisə yerində 4 nəfərə yardım ediblər, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.
Son dəfə Barselonanın turist tramvayı 2009-cu ildə idarəetməni itirərək qəzaya uğrayıb. Hadisədə 9 nəfər xəsarət almışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR