Tunisdə ABŞ səfirliyinə hücuma təhrik edən şəxs azadlıqdan məhrum edilib

Tunisdə ABŞ səfirliyinə hücuma təhrik edən şəxs azadlıqdan məhrum edilib
# 25 oktyabr 2012 04:52 (UTC +04:00)
Bakı-APA. Tunis məhkəməsi «Ənsər əl-Şəriə» islamçı təşkilatının lideri Əbu Əyyubu ABŞ səfirliyinə hücuma təhrik etmək ittihamı ilə bir il azadlıqdan məhrum edib.

Əbu Əyyubun vəkili qərardan şikayət verəcəklərini bildirib.

Ümumilikdə ABŞ səfirliyinə hücumla bağlı Tunisdə 144 nəfər saxlanılıb. Sentyabrın 14-də minlərlə nümayişçi «Müsəlmanların məsumluğu» filminə etiraz əlaməti olaraq ABŞ səfirliyinə hücuma keçmişdilər. Hadisə nəticəsində 4 nümayişçi həlak olmuş, onlarla insan isə yaralanmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR