Vaşinqtonda 2012 SIFE Dünya Kubokunun final mərhələsinə keçirilən yarışlarda Azərbaycan da təmsil olunub - FOTO

Vaşinqtonda 2012 SIFE Dünya Kubokunun final mərhələsinə keçirilən yarışlarda Azərbaycan da təmsil olunub - <font color=red>FOTO</font>
# 04 oktyabr 2012 09:42 (UTC +04:00)
Bakı-APA. Vaşinqtonda 2012 SIFE Dünya Kubokunun final mərhələsinə keçirilən yarışlarda Azərbaycanı Tibb Universitetinin SIFE Komandası təmsil edib. Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, SIFE (Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində) keçən əsrin 70-ci illərində ABŞ-da yaranıb və bu günə qədər tələbə gənclərin sahibkarlıq fəaliyyətləri ilə bağlı layihələrin həyata keçirilməsində və o layihələrin dünya miqyasında tanınmasına dəstək verməkdədir. Respublikamız müstəqillik əldə etdikdən sonra müxtəlif beynəlxalq təşkilatların fəaliyyətində iştirak etməyə başlayıb. Bunlardan biri də SIFE təşkilatıdır. Ölkəmiz artıq 7-ci ildir ki, bu təşkilatın fəaliyyətində iştirak edir və hər il dünyanın müxtəlif ölkələrində keçirilən Dünya Kuboklarının final mərhələsinə qatılır.

Bu il isə Azərbaycan komanda iştirakı ilə yanaşı, SIFE Azərbaycanın İdarə Heyətinin üzvü, Azərbaycan Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov Beynəlxalq Münsif qismində də iştirak edərək keçirilən oyunların ilkin və yarımfinal mərhələlərinin Münsiflər Heyətinin üzvü olub. 2 oktyabr tarixində Azərbaycan Nümayəndə Heyətinin üzvləri ABŞ-ın Dövlət Departamentində görüşdə olublar. Görüşlər zamanı ölkəmiz haqqında geniş məlumatlar verilib, Gənclər siyasəti sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu il keçirilən yarışlarda dünyanın 40-a yaxın ölkəsinin təmsilçiləri iştirak edib. Yarışlarda ABŞ 1-ci yer, Misir 2-ci yer, Zimbabve isə 3-cü yerə layiq görülüblər. Gələn il isə Dünya Kubokunun Çinin Şanxay şəhərində keçirilməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR