Elmar Məmmədyarov Kimyəvi Silahların Qadağan Olunmazı üzrə Təşkilatın baş direktoru ilə görüşüb

Elmar Məmmədyarov Kimyəvi Silahların Qadağan Olunmazı üzrə Təşkilatın baş direktoru ilə görüşüb
# 12 iyun 2012 21:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Kimyəvi Silahların Qadağan Olunmazı üzrə Təşkilatın baş direktoru Əhməd Üzümçü ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə,
baş direktor Əhməd Üzümçü Elmar Məmmədyarovu səmimi salamlayaraq, Niderlanda qısa səfər çərçivəsində KSQT ziyarət edərək Təşkilatın fəaliyyətinə verilən dəstəyə görə təşəkkürünü bildirib. Baş Direktor Təşkilatın fəaliyyəti və gələcək planlar barədə ətraflı məlumat verərək Azərbaycanın KSQT etibarlı tərəfdaşı olduğu və Təşkilatın fəaliyyətində aktiv iştirakına görə razılığını ifadə edib.
Görüş zamanı Azərbaycan ilə Kimyəvi Silahların Qadağan Olunmazı üzrə Təşkilat arasında gələcəkdə əməkdaşlıq münasibətlərinin perspektivləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR