Azərbaycan Beynəlxalq Bankının mənfəəti 17% artıb

Azərbaycan Beynəlxalq Bankının mənfəəti 17% artıb
# 25 iyul 2012 10:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk yarısında Azərbaycan Beynəlxalq Bankının (ABB) mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 16,7% artaraq 16,820 mln. manata çatıb. Bu barədə «APA-Economics»ə bankın mətbuat xidmətindən bildirilib.

Azərbaycan Beynəlxalq Bankından verilən məlumata əsasən, bankın gəlirləri ötən ilin I yarımilliyinə nisbətən 5% artaraq 179 mln. manat təşkil edib.

Bankın aktivlərinin gəlirlik əmsalı (ROA) 0,34%, kapitalın gəlirlik əmsalı isə 3,9%-ə bərabər olub. Bu göstəricilər 2011-ci ilin yanvar-iyun aylarında müvafiq olaraq 0,11% və 1,24% olub.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR