Bakı şəhər prokuroruna yeni müavin təyin edilib

Bakı şəhər prokuroruna yeni müavin təyin edilib
# 06 mart 2012 12:35 (UTC +04:00)
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun böyük köməkçisi Azər Əsgərov tutduğu vəzifədən azad edilərək Bakı şəhər prokurorunun müavini, Baş prokurorun digər köməkçisi Rasim Hacıyev isə Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin ediliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR