Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizini məişət zorakılığı cinayətləri təşkil edir

Azərbaycanda uşaqlara qarşı törədilən cinayətlərin 40 faizini məişət zorakılığı cinayətləri təşkil edir
# 30 aprel 2012 08:21 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı Kamal İmamverdiyev Milli Məclisdə keçirilən “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycanda uşaqlara qarşı törədilən zorakılıq halları MDB ölkələrinin orta göstəricilərindən 2,5 dəfə aşağıdır.

DİN təmsilçisi, Azərbaycanın bir neçə rayonunda cəmiyyət dəstəkli uşaq polisi pilot layihəsinin reallaşdırıldığını qeyd edib. K. İmamverdiyev deyib ki, DİN uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində QHT-lərlə yaxından əməkdaşlıq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR