Xarici İşlər Nazirliyi Azərbaycan səfirinin İran XİN-ə çağırılmasına münasibət bildirib

Xarici İşlər Nazirliyi Azərbaycan səfirinin İran XİN-ə çağırılmasına münasibət bildirib
# 29 fevral 2012 07:55 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycanın İrandakı səfiri Cavanşir Axundzadə bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, səfirdən İsrailin Azərbaycana 1,6 milyard dollar həcmində silah və hərbi sistemlər satmasına dair razılıq əldə olunması barədə mətbuatda gedən məlumatlarla bağlı izahat istənilib.

Səfirin İran XİN-ə çağırılmasına Azərbaycanın XİN-in mətbuat katibi Elman Abdullayev münasibət bildirib. “Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Bu günlərdə biz Xocalı soyqırımının 20 illiyini qeyd etdik. Bu faciə dünyanın gözü önündə törədilib. Ona görə də Azərbaycanın haqqı var ki, öz torpaqlarını geri qaytarsın və bunun üçün əlindən gələni edəcək. Bizim mövqeyimi hər zaman beynəlxalq hüquqa əsaslanıb”, - deyə E. Abdullayev vurğulayıb.

E. Abdullayev bildirib ki, Azərbaycan xarici siyasətini müstəqil, balanslaşdırılmış şəkildə həyata keçirir: “Biz həmişə mehriban qonşuluq prinsipinə önəm veririk. Bu siyasət hörmətlə qarşılanmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR