Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib
# 11 may 2012 16:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (Universitetinə) Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edib.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (Universitetində) Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat 2012-ci il 14, 15, 16 may tarixlərində saat 10:00-dan 17:00-dək aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR