«Xalq Bank»ın faiz mənfəəti 9% artıb

«Xalq Bank»ın faiz mənfəəti 9% artıb
# 22 avqust 2012 10:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin 2012-ci ilin yanvar-iyun aylarında əldə etdiyi mənfəətin həcmi 3,339 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün mənfəətindən 2,1 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 0,87% artaraq 29,698 mln. manat, o cümlədən faiz gəlirləri 3,22% artaraq 27,119 mln. manat, qeyri-faiz gəlirləri 19,3% azalaraq 2,556 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın ümumi xərcləri 5,5% azalaraq 26,359 mln. manat, o cümlədən faiz xərcləri 1,9% azalaraq 13,064 mln. manat, qeyri-faiz xərcləri isə 11,4% artaraq 7,726 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 8,5% artaraq 14,055 mln. manat, qeyri-faiz zərəri isə 37% artaraq 5,170 mln. manat təşkil edib.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə bankın ölkə üzrə 19 filialı, 34 bankomatı, 100 POS-terminalı və 446 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR