Azərbaycan paytaxtında baş vermiş yol qəzasında yaralanan hərbçilərin adları açıqlanıb

Azərbaycan paytaxtında baş vermiş yol qəzasında yaralanan hərbçilərin adları açıqlanıb
# 19 sentyabr 2012 07:02 (UTC +04:00)
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində biri zabit olmaqla 8 nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri “N” saylı hərbi hissənin tibb xidməti rəisi, mayor Qədir İsayevdir. Digər yaralananlar isə əsgərlər - Emil Tağıyev, Fəxrəddin Şıxıyev, Xəlil Rzayev, Hüseyn Həsənov, Coşqun Ramazanov, İntizar Rəcəbov və Kənan Abdullazadədir.

Qeyd edək ki, məlum hadisə sentyabrın 17-dən 18-ə keçən gecə paytaxtın Şəfayət Mehdiyev küçəsində baş verib. Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşın obyektlərin mühafizəsini dəyişmək məqsədilə hərəkətdə olarkən Elçin Qəmbərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Qəzaya “Mercedes”in işıqforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etdirməsi səbəb olub. Nəticədə hərbi maşında olan bir neçə hərbi qulluqçu xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR