Xaçmazda iki avtomobil toqquşub, ana və 2 azyaşlı qızı xəsarət alıb - FOTO

Xaçmazda iki avtomobil toqquşub, ana və 2 azyaşlı qızı xəsarət alıb -<font color=red> FOTO</font>
# 10 oktyabr 2012 11:29 (UTC +04:00)
APA-nın şimal bürosunun xəbərinə görə, Bakı prospektində qeydə alınan qəzada 85 BA 639 qeydiyyat nişanlı “VAZ-2109” markalı və 17 BC 086 nömrəli “VAZ-21014” markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bunlar sərnişinlər Xaçmaz şəhər sakinləri - 39 yaşlı Könül İmanova, onun qızları 12 yaşlı Əminə və 11 yaşlı Nuray İmanovadır. Onlardan K.İmanovanın vəziyyəti ağırdır. Ona travmatik şok diaqnozu qoyulub. Qəzada xəsarət alan digər azyaşlıların vəziyyətləri isə orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR