«Nabucco»ya qoşulan ölkələrin nazirləri layihəyə siyasi, qanunvericilik və normativ hüquqi səviyyələrdə dəstəyi təsdiq edib - FOTO

«Nabucco»ya qoşulan ölkələrin nazirləri layihəyə siyasi, qanunvericilik və normativ hüquqi səviyyələrdə dəstəyi təsdiq edib - <font color=red>FOTO</font>
# 09 oktyabr 2012 06:35 (UTC +04:00)
«Nabucco Gas Pipeline International GmbH.» konsorsiumdan «APA-Economics»ə verilən məlumata görə, Komitə həmçinin «Nabucco» layihəsi üçün hazırkı Hökumətlərarası Saziş, Layihəyə Dəstək Sazişi, habelə Bolqarıstan sərhədindən başlayan layihə üzrə qüvvədə olan hüquqi və tənzimləyici çərçivənin tətbiq olunmasını təsdiqləyib. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev görüşdə iştirak edərək istehsalçı tərəfində baş verən son hadisələr haqqında ümumi məlumat verib.

Bəyannamədə deyilir ki, Türkiyə-Bolqarıstan sərhədindən başlayan layihənin (ilkin) işlənməsi, Türkiyənin Şərq və ya Cənub sərhədlərində məntəqələr kimi təsvir olunan ilkin başlanğıc məntəqədən asılı olmayaraq, «Nabucco» layihəsi anlayışına və Hökumətlərarası Saziş və Layihəyə Dəstək Sazişi şərtlərinə tam uyğundur.

«Nabucco Gas Pipeline International GmbH.»ın icraçı direktoru Reynhard Mitçek qeyd edib ki, Siyasi Komitə «Nabucco» layihəsinə siyasi, qanunvericilik və normativ hüquqi səviyyələrdə dəstəyi bir daha vurğulayır. Bu öhdəlik «Nabucco»nun «Cənub Dəhlizi»ndə ən qabaqcıl boru kəməri layihəsi, Avropada və Türkiyədə olan bütün bazar iştirakçıları, qaz təchizatçıları, sərmayədarlar və sponsorlar üçün olduqca cəlbedici olmasında həlledici amildir: «Biz riskləri azaldır və möhkəm hüquqi təhlükəsizliyi maksimum dərəcədə təmin edirik. Bu dəstək mesajını alqışlayır, Avropa istehlakçısının seçim azadlığını və enerji təhlükəsizliyini təmin etmək məqsədilə iştirakçı dövlətlərlə işləməyi səbirsizliklə gözləyirik».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR