AZAL aviaşirkəti Yaltada keçirilən beynəlxalq turizm sərgisində iştirak edib

AZAL aviaşirkəti Yaltada keçirilən beynəlxalq turizm sərgisində iştirak edib
# 06 mart 2012 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Yaltada (Ukrayna) keçirilən «Krım. Kurortlar. Turizm - 2012» beynəlxalq sərgisində iştirak edib. Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, sərgidə 16 ölkədən 50-dən artıq şirkət iştirak edib: «AZAL-ın tədbir çərçivəsində təqdim etdiyi stend, müvafiq nəşrlər və xəritələr sərgi iştirakçılarının böyük marağına səbəb olub. Bunun nəticəsində iştirakçılar turist qismində Azərbaycana səfər etmək marağında olduqlarını bildiriblər».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR