Avropa Birliyi İranı AEBA ilə razılaşma imzalamağa çağırıb

Avropa Birliyi İranı AEBA ilə razılaşma imzalamağa çağırıb
# 07 iyun 2012 11:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Avropa Birliyi (AB) İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) bu ölkənin nüvə fəaliyyətlərinin mahiyyətini araşdıra bilməsi üçün agentliyə nəzarət icazəsi tanıyan razılaşma imzalamağa çağırıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, AB AEBA İdarə Heyətinin İranın mübahisəli nüvə proqramına həsr olunmuş yığıncağı başa çatdıqdan sonra yazılı açıqlama yayıb: “Biz İranı təcili razılaşma imzalamağa dəvət edirik. AB bütün obyektlərə, bütün şəxslərə və məlumatlara çıxışı təmin edəcək icazənin nə cür əhəmiyyətli olduğunu bir daha vurğulayır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR