ABŞ Dövlət Departamentinin nümayəndələri BAMF-nin fəaliyyəti ilə maraqlanıblar - FOTO

ABŞ Dövlət Departamentinin nümayəndələri BAMF-nin fəaliyyəti ilə maraqlanıblar - <font color=red>FOTO</font>
# 20 iyul 2012 13:22 (UTC +04:00)
Bakı – APA. ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya İdarəsinin qaçqınlar üzrə regional koordinatoru Qreqori N. Qadne və onun köməkçisi Eka Todria Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. BAMF-dən APA-ya verilən xəbərə görə, fondun sədri Umud Rəhimoğlu ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə təşkilatın indiyədək gördüyü işlər, həyata keçirdiyi humanitar layihələr barədə qonaqları məlumatlandırıb. Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Cef Kudel də iştirak edib.

Qeyd edək ki, BAMF 2007-ci ildən ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun silahların ləğvi və qadağan olunması idarəsinin özəl tərəfdaşlıq proqramının üzvüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR