FHN Lənkəranda “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirib - FOTOSESSİYA
01 oktyabr 2012 13:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Əhalinin yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilməsi üçün müəyyən olunmuş vəzifələrin icrasının səmərəsini yüksəltmək, eyni zamanda gənclərdə həyat təhlükəsizliyinin əsasları ilə bağlı məlumatların artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) yanğına qarşı təbliğat xarakterli tədbirlərə önəm verərək, respublikanın təhsil müəssisələrində yanğına qarşı təbliğat işlərini davam etdirir. APA-nın Cənub bürosunun məlumatına görə, növbəti belə tədbir bu gün Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseydə keçirilib. DYNX-nin Cənub Dövlət Yanğın Nəzarəti İdarəsi ilə Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkil etdiyi seminar-müşavirədə DYNX-nin Dövlət nəzarəti işinin təşkili şöbəsinin böyük inspektoru, daxili xidmət polkovnik-leytenantı Elçin Hüseynov “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyinin təmin edilməsi günün aktual məsələsidir” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin” adlı slaydı təqdim edərək, yanğın təhlükəsizliyi qaydaları haqqında iştirakçıları ətraflı məlumatlandırıb.
Tədbirdə təhsil müəssisələri ərazisinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına qayğı ilə yanaşılması, elektrik təsərrüfatlarının “Elektrik qurğularının quraşdırılması qaydaları”na cavab verməsinin vacibliyi dönə-dönə qeyd olunub.
Tədbir zamanı həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani surətdə nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet və kitabçalar təhsil işçilərinə paylanıb.
Sonda FHN-in fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Sosial
“Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verilib
21:45
30 may 2024
Türkiyənin əmək və sosial müdafiə naziri 1 saylı DOST Mərkəzində olub
19:09
30 may 2024
Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirilib
18:45
30 may 2024
Qazaxıstanın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin sədri Azərbaycana gəlib, memorandum imzalanıb
16:54
30 may 2024