Avropa Parlamentinin üzvü Kristina Oyuland: “Azərbaycan Ramil Səfərovun ekstradisiyası zamanı beynəlxalq hüquq normalarını pozmayıb”

Avropa Parlamentinin üzvü Kristina Oyuland: “Azərbaycan Ramil Səfərovun ekstradisiyası zamanı beynəlxalq hüquq normalarını pozmayıb”
# 13 sentyabr 2012 15:06 (UTC +04:00)
Bu faktı Avropa parlamentinin Avropa üzrə liberallar və demokratlar alyansı da təsdiq edir. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, K. Oyuland bildirib ki Avropa parlamentinin ALDE qrupu R. Səfərovun məsələsi ilə bağlı qətnaməni imzalamamağa qərar verib. Onun sözlərinə görə, Ramil Səfərovun əfvi iki ölkə arasındakı münaqişəni daha da alovlandıra bilər: “Çox təəssüf ki bu məsələ Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllİ istiqamətində əlaqələri daha da gərginləşdirib”.

Estoniya parlamentinin üzvü həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ, eləcə də işğal olunmuş ətraf rayonlar Azərbaycan Respublikasının tərkib hissəsidir və ölkənin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınır: “Bu, Avropa Parlamentinin mövqeyi üçün bir əsas olmalıdır. 20 ildə aparılan işlərin heç bir nəticə verməməsi onu göstərir ki, Minsk Qrupu bu məsələyə yenidən baxmalıdır. Danışıqlar prosesində tarazlığın bərpa olunması üçün Avropa Birliyi Fransanı Minsk Qrupundan kənarlaşdırmalıdır. Yalnız bu halda donmuş münaqişənin həlli üçün tarixi şans yarana bilər”.

Kristina Oyuland bildirib ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunun inkişafının tərəfindədir və Azərbaycanın yüksək potensialından xəbərdardır. O, həmçinin vurğulayıb ki Brüssel və Bakı arasındakı konstruktiv əməkdaşlıq birgə dəyərlərə əsasən davam etdirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR