Təyyarə bələdçilərinin tətil ilə bağlı «Lufthansa» şirkəti planlaşdığı 1200 aviareys təxirə salıb

Təyyarə bələdçilərinin tətil ilə bağlı «Lufthansa» şirkəti planlaşdığı 1200 aviareys təxirə salıb
# 06 sentyabr 2012 03:27 (UTC +04:00)

Bakı-APA. Almaniyanın “Lufthansa” şirkəti təyyarə bələdçilərinin sentyabrın 7-nə təyin etdiyi 24 saatlıq ümumfederal tətil ilə bağlı həmin günə planlaşdırılan 1800 aviareysdən 1200-nü təxirə salıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərinə görə, Almaniyanın ən iri aviaşirkətinin nümayəndəsi bildirib ki, Münhen, Düsseldorf, Hamburq və digər şəhərlərdən və bu şəhərlərə beynəlxalq, daxili uçuşlar təxirə salınır.
Bildirilir ki, sentyabrın 4-də təyyarə bələdçilərinin keçirdiyi tətil Almaniyada əsl nəqliyyat kollapsı vəziyyəti yaratmışdı. Həmin gün 500 aviareys təxirə salınmışdı, tətil ilə bağlı ümumilikdə 90 min sərnişin «Lufthansa» xidmətindən istifadə edə bilməyib.

Xatırladaq ki, “Lufthansa”da çalışan 19 min stüardessa və stüardlar maaşlarının 5% atmasını tələb edirlər. UFO-nun şirkət rəhbərliyi ilə danışıqlar hələ bir nəticə verməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR