İspaniyanın dövlət borcu 17 illik maksimuma çatıb

İspaniyanın dövlət borcu 17 illik maksimuma çatıb
# 17 mart 2012 09:49 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın dövlət borcunun ÜDM-ə nisbəti 2011-ci ildə 68,5%-çatıb ki, bu da həmin göstəricinin 17 illik maksimumudur. «APA-Economics»in məlumatına görə, bu göstəricinin 2012-ci ildə də artması proqnozlaşdırılır.

Qeyd edək ki, 2010-cu ilin yekunlarına görə, dövlət borcunun ÜDM-ə nisbəti 61,2%, 2011-ci ilin III rübün yekunlarına görə isə 66% təşkil edib.

Eyni zamanda, ölkənin büdcə kəsirinin ÜDM-ə nisbəti 2011-ci ildə 0,7 faiz bəndi azalaraq 8,5%-ə bərabər olub və bu, əsasən dövlət xərclərinin azaldılması nəticəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR