Azərbaycan neftinin qiyməti büdcədəki həddən 8 dollar aşağıdır

Azərbaycan neftinin qiyməti büdcədəki həddən 8 dollar aşağıdır
# 23 iyun 2012 11:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya bazarında Azərbaycan neftinin qiyməti iyun ayı ərzində ən aşağı həddə düşüb. Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar Departamentindən «APA-Economics»ə verilən məlumata görə, iyunun 22-də keçirilən hərraclarda «Azeri Light» markalı neftin 1 bareli daha 21 sent ucuzlaşaraq 92,12 dollara satılıb. Bu, neftin Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsindəki baza qiymətindən 8 dollar azdır.

Xatırladaq ki, 2012-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/bareldir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR