Azərbaycan və Yunanıstanın xarici işlər nazirləri arasında görüş olub - FOTO

Azərbaycan və Yunanıstanın xarici işlər nazirləri arasında görüş olub - <font color=red>FOTO</font>
# 26 sentyabr 2012 09:54 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulos ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə nazir E.Məmmədyarov ölkəmizdə aparılan iqtisadi islahatlardan, milli iqtisadiyyatın şaxələndirliməsi siyasəti sayəsində əldə edilən uğurlardan söz açıb. Nazir həmçinin Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hər iki ölkənin iqtisadi missiyalarının qarşılıqlı səfərlərinin artırılması imkanlarının araşdırılması vacibliyini qeyd edib.

D.Avramopoulos Yunanıstanın Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında, xüsusən də enerji və turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. Nazir Azərbaycanın güclü və şaxələnmiş iqtisadiyyata malik olduğunu və bu səbəbdən də iqtisadi böhrandan demək olar ki, ziyan görmədiyini xüsusi vurğulayıb. O, həmçinin ölkəsinin də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR