Milli Məclis sədrinin müavini: “Rəsul Quliyev Azərbaycanda ictimai-siyasi proseslərə təsir göstərmək imkanında deyil”

Milli Məclis sədrinin müavini: “Rəsul Quliyev Azərbaycanda ictimai-siyasi proseslərə təsir göstərmək imkanında deyil”
# 29 oktyabr 2012 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Rəsul Quliyev Azərbaycanda ictimai-siyasi proseslərə təsir göstərmək imkanından məhrum olan şəxsdir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova deyib. B. Muradova Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün ona müraciət etməsinə də münasibət bildirib. O, R. Quliyevin Azərbaycanda sosial bazasının olmadığını qeyd edib: “Heç bir sosial bazası olmayan, Azərbaycanda ictimai-siyasi proseslərə təsir göstərmək və seçki prosesinə qatılmaq imkanından məhrum olan bir şəxsin bu kimi bəyanatlarına başqa münasibət bildirmək niyyətim yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR