“Biz zorakılığa yox deyirik!” mövzusunda tədbir keçirilib

“Biz zorakılığa yox deyirik!” mövzusunda tədbir keçirilib
# 16 aprel 2012 13:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Paytaxtın Səbail rayonundakı 132-134 saylı Təhsil Kompleksində Avropa Şurası tərəfindən “Uşaqlara qarşı zorakılıq” proqramı çərçivəsində “Biz zorakılığa yox deyirik!” mövzusunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə rayon rəhbərliyi, pedaqoji ictimaiyyətin nümayəndələri, deputatlar Elmira Axundova, Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Gülər Əhmədova, Avropa Şurası baş katibliyinin Azərbaycandakı xüsusi nümayəndəsi, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşı, Bakı şəhər Baş Polis İdarəsinin təmsilçiləri, şagirdlər iştirak edib.

Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov deyib ki, bu gün dünyada uşaqlara olan münasibət hamını narahat etməlidir: “Hər gün dünyada orta hesabla 24 min beş yaşına çatmamış uşaq qarşısı alınması mümkün olan xəstəliklərdən tələf olur. İldə təxminən 500 milyon - 1,5 milyard uşaq müxtəlif zorakılığa məruz qalır. 150 milyon 5-14 yaşlı uşaqlar uşaq əməyinə cəlb olunur, 100 milyon ibtidai təhsil yaşlı uşaq təhsildən kənarda qalıb. Qızların erkən nikaha girməsi onların sağlamlığına ciddi zərər vurur”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycandakı parlament əlaqələndiricisi Sevinc Fətəliyeva mövzu ilə bağlı məruzə edib.

Tədbirdə Səbail rayonunun orta məktəb şagirdləri tərəfindən uşaqlarla bağlı müxtəlif mövzularda məruzələr də dinlənilib.

Deputatlar Gülər Əhmədova və Elmira Axundova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin uşaq müdafiəsi şöbəsinin müdiri Munir Məmmədzadə, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokotopulos, Bakı şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hüseyn Əliyev və başqaları mövzu ətrafında çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR