Azərbaycanda korrupsiyada ittiham olunan məktəb direktorunun işi məhkəməyə göndərilib
16 aprel 2012 14:26 (UTC +04:00)
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Füzuli rayonunun 11 saylı Qayıdış qəsəbəsində fəaliyyət göstərən 8 №-li tam orta məktəbin müəllimi Əmirağa Əliyevin həmin məktəbin direktoru Əmir Həsənovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılması üçün Füzuli rayon prokurorluğuna göndərilib.
Aparılmış araşdırmalarla həmin məktəbdə 2009-2010 və 2010-2011-ci tədris illərində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsi halları aşkar edildiyindən rayon prokuroru Rafael Zeynalov tərəfindən 5 avqust 2011-ci il tarixdə fakta görə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Müəyyən edilib ki, 2005-2011-ci illər ərzində məktəbdə faktiki müəllim və texniki işçi vəzifələrində işləməyən şəxslərin adlarına qanunsuz əmək haqqı hesablanmaqla, keçirilməmiş dərnək və əvəzçilik üzrə dərs saatlarına görə qanunsuz əmək haqqı ödənilməklə, eləcə də keçmiş aylarda ödənilməmiş əmək haqqının qalığı kimi qanunsuz əmək haqqı ödənilməklə dövlətin 73 min 959 manat vəsaiti mənimsəmə və israf etmə yolu ilə məktəbin direktoru Əmir Həsənov tərəfindən talanıb. İstintaq dövründə həmin vəsaitin 40 min manatının rayon Təhsil Şöbəsinin bank hesabına ödətdirilməsi təmin edilib.
Ə.Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.
10 aprel 2012-ci il tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hadisə
Bakıda gənc qızı avtomobil vurub
02:22
3 may 2024
Bakıda avtomobil qadını vuraraq ağır vəziyyətə salıb
01:17
3 may 2024
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024