«DALĞA-94» MMC-də mebel istehsalı və satışı qadağan edilib

«DALĞA-94» MMC-də mebel istehsalı və satışı qadağan edilib
# 16 oktyabr 2012 15:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində fəaliyyət göstərən «DALĞA-94» MMC-də mebel istehsalına dövlət nəzarəti həyata keçirilib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə mebellər (divan, kreslo, yataq dəsti, stol və stul) AZS Milli Sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur. İstehsal zamanı istifadə olunan 104 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş istifadə olunur ki, bu da «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» qanununun tələblərinə uyğun deyil. İstehsal olunmuş mebellərin üzərində markalanma aparılmır, müəssisənin adı və ünvanı göstərilmir.

Komitədən bildirib ki, aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq «DALĞA-94» MMC-yə inzibati protokol tərtib edilib, müəssisədə istehsal olunan mebellərin (divan, kreslo, yataq dəsti, stol və stul) istehsalı və satışı qadağan edilmişdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR