İranın avtomobil dilerləri BMW və “Mercedes” avtomobillərinin idxalını dayandırıb

İranın avtomobil dilerləri BMW və “Mercedes” avtomobillərinin idxalını dayandırıb
# 28 mart 2012 11:05 (UTC +04:00)
Bakı - APA-Economics. İranda lüks sinif xarici avtomobil modellərinin (BMW, “Mercedes”, “Lexus” və “Porsche”) bahalaşması səbəbindən tələbat kəskin azalıb.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, artıq İranın bir sıra avtomobil dilerləri ölkəyə maşın idxalını dayandırıblar.

Buna səbəb ABŞ və Avropa Birliyinin sanksiyaları nəticəsində İranın xarici valyutaya çıxışının məhdudlaşdırılmasıdır. İdxal olunan avtomobillərin qiyməti son iki ayda 20% artıb.

İran prezidenti Mahmud Əhmədinejat ölkədən kapital axınının qarşısını almaq üçün valyuta mübadiləsi üzrə əməliyyatların sayını məhdudlaşdırıb. Bu səbəbdən avtomobil dilerləri 1 dolları 18 900 dollara alırlar ki, bu da rəsmi mübadilə kursundan 65% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR