Fərhad Abdullayev Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri ilə görüşüb

Fərhad Abdullayev Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri ilə görüşüb
# 05 aprel 2012 15:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Konstitusiya Məhkəməsində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev rəhbərlik etdiyi qurumun beynəlxalq təcrübədən istifadə edərək öz fəaliyyətini təkmilləşdirdiyini deyib. Qeyd olunub ki, Azərbaycanın Konstitusiya Məhkəməsi ölkədə qəbul olunan qanunların və normativ hüquqi aktların Konstitusiyaya uyğunluğuna nəzarət edir. Dövlət strukturları ilə yanaşı vətəndaşların da birbaşa Konstitusiya Məhkəməsinə müraciət etmək hüquqları var. Konstitusiya Məhkəməsinin mühüm funksiyalarından biri də qanunlara rəsmi şərh verməkdir.
Nümayəndə heyətinin rəhbəri Qudrun Mosler-Törnström isə Azərbaycanda bir sıra bələdiyyələrin və qeyri hökumət təşkilatlarının fəaliyyətləri ilə tanış olduqlarını bildirib: “Azərbaycanda bələdiyyələrin fəaliyyətlərini tənzimləmək üçün çox demokratik qanunlar qəbul edilib. Bu qanunlar yerli özünüidarəetmə orqanlarının formalaşmasına köməklik göstərirlər. Azərbaycanda bələdiyyələr gənc təsisat olduğu üçün onlara hüquqi yardım göstərilməsi vacibdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR