Bakıda keçiriləcək “Neft, Qaz və Media” konfransında 27 ölkədən nümayəndə qatılacaq - FOTO
14 sentyabr 2012 10:33 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu il sentyabrın 17-19-da Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə “Neft, Qaz və Media” konfransı keçiriləcək.
BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlunun «APA-Economics»ə verdiyi məlumata görə, konfransda Azərbaycan jurnalistləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən 200-dən çox media nümayəndəsinin qatılacağı gözlənilir.
Artıq dünyanın 27 ölkəsinin neft mütəxəssisləri, alimləri və media nümayəndələri konfransda iştirakını təsdiq edib. Onların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Bolqarıstan, Xorvatiya, Macarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Nigeriya, Cənubi Afrika kimi ölkələr də var. Bir müddət əvvəl konfransla bağlı ətraflı məlumatların yer aldığı www.ipioilgasmedia2012.com saytı da fəaliyyətə başlayıb.
U.Rəhimoğlunun sözlərinə görə, dünyanın ən nüfuzlu ali elm ocaqlarının - Kolumbiya, Corc Vaşinqton, Texas universitetlərinin neft-qaz üzrə çox məşhur professorları, aparıcı ekspertləri öz məruzələri ilə konfransa qatılacaqlar. “Reuters”, “Financial Times”, “Əl-Cəzirə”, “Forbes”, “The Dallas Morning News” kimi dünyanın aparıcı media qurumlarının çox nüfuzlu nümayəndələri də konfransın işində yaxından iştirak edəcəklərini təsdiqləyiblər.
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilat və səfirliklərdən - BMT agentlikləri, Avropa Birliyi, ATƏT rəsmiləri, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Rumıniya, Norveç, Yaponiya, Koreya, Litva, Bolqarıstan, Misir, Fələstin, Qatar, İraq, Gürcüstan və digər səfirliklər də tədbirə qatılacaqlarını bildiriblər.
Xatırladaq ki, konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsindən, enerji istehsalçı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarətdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) konfransa təşkilati dəstək verir.
Qeyd edək ki, konfransın rəsmi informasiya tərəfdaşları arasında APA İnformasiya Agentliyi də var.

Sənaye və energetika
Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
12:34
18 may 2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024