Bakıda kirayə yaşayan Lənkəran sakini həyat yoldaşını və özünü bıçaqlayıb

Bakıda kirayə yaşayan Lənkəran sakini həyat yoldaşını və özünü bıçaqlayıb
# 25 sentyabr 2012 07:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda dəhşətli ailə faciəsi baş verib. Bu barədə APA-ya Nərimanov rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, rayonun Həsənoğlu küçəsi ev 12, mənzil 15 ünvanında kirayədə yaşayan Lənkəran rayon sakini, 54 yaşlı Zabil Nemət oğlu Nemətov qısqanclıq zəminində həyat yoldaşı, 51 yaşlı Balaqız Əsgər qızı Balayevanı bıçaqlayıb. Ər daha sonra özünə xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR