Bakının mərkəzində yanan bina söndürülüb

Bakının mərkəzində yanan bina söndürülüb
# 09 aprel 2012 20:57 (UTC +04:00)
Bakı-APA. Bakının mərkəzində Dilarə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində tikilməkdə olan binada baş vermiş yanğın artıq söndürülüb. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, binada yangın aprelin 9-u axşam saatlarında başlamışdı. Fövqəladə Hallar Nazirliyinin rəsmi surətdə yaydığı məlumata görə, Nəsimi rayonunda, Dilarə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində yeni tikilməkdə olan binanın üst mərtəbəsində taxta qəliblər yanıb. Hadısə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunublar.

İlkin məlumata əsasən xəsarət alan yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR