Bakıda Azərbaycan-ABŞ İKT Forumu başlayıb - FOTOSESSİYA

Bakıda Azərbaycan-ABŞ İKT Forumu başlayıb - <font color=red>FOTOSESSİYA </font>
# 07 noyabr 2012 12:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbir çərçivəsində Azərbaycan və ABŞ arasında İKT sektorunda əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və ABŞ Dövlət Departamentinin informasiya-kommunikasiya məsələləri üzrə əlaqələndiricisi Filip Verveyer imzalayıblar.

Forumda yüksək vəzifəli Azərbaycan və ABŞ hökumət rəsmiləri, habelə özəl sektorun nümayəndələri İKT sahəsinin inkişafının gələcək perspektivləri, Azərbaycanda və ölkədən kənarda uğurlu təcrübənin inteqrasiyası haqqında çıxışlar dinlənilir.

Qeyd edək ki, AmCham Azərbaycanda biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılan AmCham Azərbaycanın bütün sektorlarında fəaliyyət göstərən 240 tam üzv və müxbir üzvü özündə birləşdirir. AmCham Azərbaycanda bütün xarici investisiyaların 80%-ni və yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələri vasitəsilə üzvləri məlumat mübadiləsi aparmaq, ümumi maraq doğuran məsələlər qaldırmaq və mümkün həllər təklif etmək imkanı alır. AmCham üzvləri, şirkətləri və təşkilatları üçün Azərbaycanda və ABŞ-da geniş biznes məlumatı və əlaqələr şəbəkəsinə çıxış imkanı təmin edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR