Bakı Fond Birjasında 8 000 700 manat həcmində not yerləşdirilib

Bakı Fond Birjasında 8 000 700 manat həcmində not yerləşdirilib
# 13 sentyabr 2012 13:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında Mərkəzi Bankın 50103734S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 35 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, hərracda 2 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 8 000 700 manat təşkil edib. Sifarişlər 99,8749% (gəlirlilik 1,61%) və 99,8912% (gəlirlilik 1,40%) qiymət intervalında təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99,8749% (gəlirlilik 1,61%), orta ölçülmüş qiyməti 99,8892% (gəlirlilik 1,43%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 8 000 700 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi bu ilin oktyabrın 10-dur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR