Azərbaycanda “Prokurorluq haqqında” qanuna dəyişiklik edilib

Azərbaycanda “Prokurorluq haqqında” qanuna dəyişiklik edilib
# 22 may 2012 10:49 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Prokurorluq haqqında” qanuna dəyişiklik edilib. APA-nın xəbərinə görə, indiyədək hərbi prokurorluq orqanları maddi-texniki vəsait, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla Müdafiə Nazirliyi və qoşun növlərinin komandanlığı, hərbi birləşmələr tərəfindən təchiz edilirdi, həmçinin xidməti binalarının mühafizəsi təmin olunurdu.

Dəyişikliklə “Prokurorluq haqqında” qanundan müvafiq bənd bütünlüklə çıxarılıb. Bundan sonra qanunvericiliklə Hərbi Prokurorluq orqanlarının maliyyələşdirilməsi, o cümlədən əsaslı təmir və digər təchizat məsələləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Həmçinin xidməti binalarının mühafizəsini hərbçilər deyil, hüquq-mühafizə orqanlarının əməkdaşları təmin edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR