Bu ilin sonunda Bakıda məcburi köçkünlərin yataqxanalardan köçürülməsinə başlanacaq

Bu ilin sonunda Bakıda məcburi köçkünlərin yataqxanalardan köçürülməsinə başlanacaq
# 05 may 2012 09:53 (UTC +04:00)
Bu barədə APA-ya baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bu il məcburi köçkünlər üçün nəzərdə tutulan vəsait xeyli artırılıb: “Ötən il bu məbləğ 100 mln. manat idisə, bu il 300 mln. manat nəzərdə tutulub”.

Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycanın 10 rayonunda (Şəki, Mingəçevir, Qəbələ, İsmayıllı, Müşfiqabad (Qaradağ), Masazır (Abşeron), Bərdə, Balakən, Beyləqan və İmişli) 4178 mənzildən ibarət qəsəbələrin tikilməsi istiqamətində işlər aparılır: “Bu işlərin hamısı bu ilin sonuna qədər yekunlaşacaq və təhvil veriləcək. İlin sonunda Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalardan köçürülməsinə başlanacaq. Ümumiyyətə, növbəti iki-üç il ərzində Bakı şəhərində çətin şəraitdə olan məcburi köçkün qalmayacaq. Əgər o vaxta qədər sülh prosesində hər hansı dəyişiklik olarsa, təbii ki, bu işlərə yenidən baxılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR