Heydər Camal haqqında cinayət işi başlanıb

Heydər Camal haqqında cinayət işi başlanıb
# 27 mart 2012 12:34 (UTC +04:00)
APA-nın məlumatına görə, Heydər Camal “Exo Moskvı” radiostansiyasına bildirib ki, axtarış milli ədavət və ayrı-seçkilik salmaq maddəsi ilə başlanmış cinayət işi ilə əlaqədar aparılıb. Cinayət işinin başlanmasına səbəb Rusiya İslam Komitəsinin www.islamkom.org saytında yerləşdirilən məqalələrdir. Söhbətin konkret hansı məqalələrdən getdiyi açıqlanmır.

Qeyd edək ki, 2009-cu ildə Dövlət Dumasının deputatı Maksim Mişenko Heydər Camalın təşkilatının adını ekstremist təşkilatlar siyahısına daxil etməyi tələb edib. O baş prokuroru Rusiya İslam Komitəsinin saytında yerləşdirilən məqaləyə görə Heydər Camal haqqında cinayət işi başlanmağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR