«Turanbank»ın aktivləri son bir ildə 31% artıb

«Turanbank»ın aktivləri son bir ildə 31% artıb
# 02 aprel 2012 15:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2012-ci il martın 1-nə 170,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 31% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,4% artaraq 126,6 mln. manata, məcmu kapitalı 8,8% artaraq 26,7 mln. manata, o cümlədən nizamnamə kapitalı 10% artaraq 22 mln. manata çatıb.

Bankın depozit portfeli ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 1,8% artaraq 88,5 mln. manat, o cümlədən əhalinin müddətli əmanətləri 6,2% artaraq 43,3 mln. manat olub.

Qeyd edək ki, yanvar-fevral aylarında bankın ümumi gəlirləri 3,3 mln. manat, xərcləri isə 2,6 mln. manat təşkil edib. Nəticədə, bankın balans mənfəəti 0,7 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR