Azərbaycanda elektron ticarət vergiyə cəlb olunacaq

Azərbaycanda elektron ticarət vergiyə cəlb olunacaq
# 18 aprel 2012 11:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib.

Onun sözlərinə görə, hazırda bütün dünyada geniş yayılan elektron ticarətin populyarlaşması ilə bağlı olaraq Vergilər Nazirliyi Azərbaycanda da elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı işlər aparır: «Biz bununla bağlı ən qabaqcıl ölkələrin təcrübəsini öyrənmək üçün Avropadaxili Vergi Administrasiyası təşkilatına müraciət etmişik. Bu təcrübəni öyrənəndən sonra Vergi Məcəlləsinə həm stimullaşdırıcı, həm də inzibati dəyişikliklər nəzərdə tutulacaq».

Bundan başqa, Vergilər Nazirliyi transfert qiymətlərinin tənzimlənməsi ilə bağlı təkliflər hazırlayır. Artıq bununla bağlı qabaqcıl ölkələrin təcrübəsi öyrənilir: «Bu iş başa çatandan sonra ya Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi, ya da ayrıca qanunun qəbul edilməsi nəzərdə tutulur».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR