Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb
# 08 may 2012 08:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5,3 mlrd. manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,1% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 679,7 mln. manatı hüquqi şəxslərin, 2,5 mlrd. manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 2,2 mlrd. manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub.

«Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 3,1 mlrd. manatı ərzaq məhsullarının, 2,2 mlrd. manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub», - deyə Komitədən bildirilib.

Hesabat dövründə ölkədə elektron ticarətin həcmi 363,7 min manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR