TQDK mayın 6-da keçirilən sınaq imtahanlarının nəticələrini açıqlayıb

TQDK mayın 6-da keçirilən sınaq imtahanlarının nəticələrini açıqlayıb
# 10 may 2012 09:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə mayın 6-da keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahanın nəticələri komissiyanın rəsmi internet saytına yerləşdirilib. Abituriyentlər nəticələr barədə məlumatı mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər.
Sınaq imtahanları ölkənin 29 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Göygöl, Qazax, Şamaxı, Mingəçevir, Şəki, Qax, Oğuz, Bərdə, Ağcabədi, Göyçay, Ucar, Şirvan, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 47 binada təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR