Sergey Lavrov: “İranla “altılıq” ölkələri arasındakı görüşlərin növbəti raundu iyunun 18-19-da Moskvada keçiriləcək” - FOTO

Sergey Lavrov: “İranla “altılıq” ölkələri arasındakı görüşlərin növbəti raundu iyunun 18-19-da Moskvada keçiriləcək” - <font color=red>FOTO</font>
# 28 may 2012 13:04 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya İranla “altılıq” ölkələrinin iyun ayının ortalarında keçiriləcək görüşünə hazırlaşır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Uilyam Heyq ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, İranla “atılıq” ölkələri arasında görüşlərin növbəti raundu iyunun 18-19-da Moskvada keçiriləcək: “Bağdad görüşü danışıqlar prosesinin inkişaf etdirilməsinə şərait yaratdı”.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə İranın Moskvada keçiriləcək “altılıq” ölkələri ilə danışıqlarda fəal iştirakını gözlədiyini söyləyib: “Biz danışıqların növbəti raundunun Moskvada keçirilməsini alqışlayırıq və İran tərəfinin müsbət əhval-ruhiyyə ilə bizə qoşulacağını gözləyirik”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında son görüş bu ayın 23-24-də Bağdadda keçirilmişdi. Görüşdə Rusiya tərəfdən xarici işlər nazirinin müavini Sergey Ryabkov iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR