Azərbaycanın tanınmış muğam ifaçısının oğlu həbs edilib

Azərbaycanın tanınmış muğam ifaçısının oğlu həbs edilib
# 18 aprel 2012 07:25 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 16-da paytaxtın D. Bünyadzadə küçəsində yaşayan Ağanur Nəcəfov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 33 yaşlı Elşən Xankişiyev aprelin 17-də tutulub.

APA-nın əldə etdiyi xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan E. Xankişiyev tanınmış muğam ifaçısı Əvəzxan Xankişiyevin oğludur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR