Dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsi sentyabra qədər hazır olacaq
13 iyun 2012 14:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın layihəsi sentyabra qədər hazır olacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. Onun sözlərinə görə, Dövlət Proqramının hazırlanması ilə əlaqədar ölkə prezidentinin sərəncamı əsasında AMEA-da daxili sərəncam hazırlanıb: “Dövlət Proqramını hazırlamaq üçün işçi qrup yaradılıb, hazırda proqramın layihəsi üzərində iş gedir. İşçi qrupuna humanitar və ictimai elmlər bölməsinin akademik katibi rəhbərlik edir. Terminologiya Komissiyasının əsasnaməsi də demək olar ki, hazırlanıb qurtarıb. Bundan sonra əsasnamə müzakirə olunaraq Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq. Dövlət Proqramının və onunla əlaqədar digər sənədlərin layihəsi yay aylarında tamamlanacaq”.
M. Kərimov deyib ki, Dilçiliyin İnkişafına dair Dövlət Proqramı ilə əlaqədar AMEA-nın strukturunda da müəyyən dəyişiklər ediləcək: “Dilçilik İnstitutunun nəzdində struktur dəyişikləri aparılacaq, yeni şöbələr yaradılacaq”.
M. Kərimov deyib ki, Dilçiliyin İnkişafına dair Dövlət Proqramı ilə əlaqədar AMEA-nın strukturunda da müəyyən dəyişiklər ediləcək: “Dilçilik İnstitutunun nəzdində struktur dəyişikləri aparılacaq, yeni şöbələr yaradılacaq”.
Sosial
Güzdək Bozdağı palçıq vulkanında püskürmə olub
20:29
13 may 2024
Meşə yanğınlarına qarşı tədbirlərlə bağlı regional müşavirə keçirilib
18:53
13 may 2024
Dövlət Yanğından Mühafizə Xidməti azyaşlılar üçün “açıq qapı” günü keçirib
16:49
13 may 2024
Sənayedə radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirilib
15:49
13 may 2024